Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Şou Biznes / “Azərsu”-dan reaksiya: “Qobu qəsəbəsinin su problemi həll olundu”

“Azərsu”-dan reaksiya: “Qobu qəsəbəsinin su problemi həll olundu”

Abşeron rayonunun Qobu qəsəbəsinə su verilişində bir neçə gün idi ki, fasilə yaranmışdı. Bu barədə mətbuatda məlumat verilmişdi. Musavat.com saytı ötən gün qəsəbə sakinlərinin şikayətini ictimailəşdirmişdi. Məsələ ilə bağlı son durumla tanış olmaq üçün bu gün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. A. Cəbrayıllı da musavat.com-a açıqlamasında bildirdi ki, su xətlərində bərpa işləri aparıldığından qəsəbəyə verilən su müvvəqqəti olaraq dayandırılmışdı və dünən axşam saatlarında suyun verilməsi bərpa edilib: “Artıq su problemi aradan qalxıb. Qəza səbəbindən Qobu qəsəbəsinin bir hissəsini su ilə təmin edə bilmirdik. Qəsəbə iki mənbədən su alır. Həmin xəttin birində qəza var idi. Artıq təmir işləri yekunlaşıb. Yeni yaşayış massivi əvvəlki qayadada su ilə təmin olunub. Dünəndən Qobu qəsəbəsinə hər iki istiqamətdə su verilir”. Məsələ ilə bağlı qəsəbə sakinləri ilə telefon bağlantısı yaratdıq. Qobunun “Yeni Məhəllə 2″ ünvanında yaşayan Teymur adlı sakin artıq su probleminin həll olunduğunu bildirdi: “Dünən axşam saatlarında su verildi. Su idarəsi nümayəndələri problemi aradan qaldırdılar. Artıq su əvvəlkindən daha güclü təzyiqlə gəlir”.

Həmçinin oxuyun

“Bizdə pul yoxdur, camaatda hardan olsun?“ – Xuraman Şuşalı

“Dolanışığım pis deyil, şükürlər olsun. Həyat yoldaşım televiziyada çalışır, o bizi dolandırır. Behlər almışdıq, pandemiya …

Bir cavab yazın