Cümə axşamı , İyul 18 2019
Ana səhifə / Şou Biznes / Azərbaycanlı diaspor lideri 3 sui-qəsddən necə sağ çıxıb?

Azərbaycanlı diaspor lideri 3 sui-qəsddən necə sağ çıxıb?

“Ümumrusiya Azərbaycanlıları Konqresi” nin Ulyanovsk vilayəti üzrə sədri İslam Hüseynova sui-qəsd edən şəxslərdən sonuncusu Azərbaycanda yaxalanıb.

Həmin şəxs beynəlxalq axtarışa verilmişdi.

Sui-qəsd cəhdi 2012-ci ilin sentyabrında Ulyanovsk şəhərinin mərkəzində yerləşən Ümumrusiya Azərbaycanlıları Konqresinin binasında baş verib. 2 silahlı şəxs 43 yaşlı mühafizəçi İqor Beznosyuka yaxınlaşaraq İslam Hüseynovla görüşmək istədiklərini bildirib. Onlardan biri guya, ürək xəstəliyindən əziyyət çəkdiyini və diaspora liderindən maliyyə yardımı almaq istədiyini bəhanə edib.

Mühafizəçi onları içəri buraxdıqdan sonra, həmin şəxslər üzərlərində gizlətdikləri səsboğucu tapança ilə mühafizəçi İqor Beznosyuku öldürüb, İslam Hüseynova isə başından xəsarət yetiriblər.

Hadisədən sonra xəstəxanaya yerləşdirilən azərbaycanlı diaspor lideri sui-qəsdin ona külli miqdarda borcu olan Ulyanovsk sakini tərəfindən təşkil edildiyini açıqlamışdı.

Buna qədər, İslam Hüseynov daha 2 dəfə muzdlu qatillərin hücumundan sağ çıxmışdı.

İlk sui-qəsd cəhdi 2009-cu ildə baş verib. 3 dəfə məhkum olunmuş İjevsk sakini ətrafına 7 nəfərdən ibarət dəstə yaradaraq 3 ay ərzində İslam Hüseynovu izləməyə başlayıb. Killerlərdən biri diaspor liderinin Ulyanovskun mərkəzində yerləşən mənzilinin qabağında dayanaraq əlindəki gül buketində səsboğucu tapançanı gizlədərək potensial qurbanını gözləyib. Bu zaman yaxınlaşmaqda olan maşını görərək onun içindən çıxan kişi və qadını güllələyib. Sonradan atəşə məruz qalan şəxslərin gömrük mayoru və onun xanımı olması üzə çıxıb. Xoşbəxtlikdən 8 güllə yarası alan mayor və 3 güllə yarası alan xanımı sui-qəsd zamanı sağ qalıb.

Növbəti sui-qəsd cəhdi i il sonra Ulyanpvskun Karl Libnext küçsənidə baş vermişdi.

Avtomobili atəşə tutulan İslam Hüseynov cəld hərəkət edərək arxa oturacağa keçmiş və polis çağıraraq canını qurtarıb. Dəstə üzvləri qısa müddətdə Ulyanovsk və Udmurtiyada saxlanılıb.

Hazırda Rusiya İstintaq Komitəsi sonuncu sui-qəsddə iştirak edən killerin Azərbaycandan Ulyanovska ekstradisiya olunması üçün sənəd hazırlayır. Modern.az

Həmçinin oxuyun

“Vicdan haqqı”nın məşhur cütlüyü aparıcılıq edəcək

“Vicdan haqqı” serialından sonra məşhurlaşan və ailə quran Ülviyyə Xalidbəyli ilə Murad İsmayıl cütlüyü aparıcılığa …

Bir cavab yazın