“Samsung Elektroniks” şirkətinin 74 yaşlı prezidenti Li Qon Xinin intim videosu yayılıb.
Axar.az xəbər verir ki, yaşlı prezidentin videolarını “Nyus Tapa” portalı ələ keçirib. Sayt Xi ilə bağlı əlində daha 5 videonun olduğunu bildirib.
2011-2013-cü illəri əhatə edən görüntülərdə şirkət rəhbərinin 20-30 yaş arası bir neçə qadınla bir yerdə olduğu müəyyən edilib. Saytın iddiasına görə, Xi bu qadınların xidməti qarşılığında onlara 4500 dollar ödəyib.