Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Azərbaycanın deputatına Türkiyədə fəxri vətəndaşlıq verilib

Azərbaycanın deputatına Türkiyədə fəxri vətəndaşlıq verilib

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayevaya Aksaray vilayətinin fəxri vətəndaşı statusu verilib.

Millət vəkilinə fəxri vətəndaşlıq Aksaray bələdiyyə məclisində bələdiyyə üzvləri tərəfindən qəbul edilən ortaq qərara əsasən verilib.

Aksaray bələdiyyə başqanı Haluk Şahin Yazqı bildirib ki, millət vəkili Q.Paşayeva türk dünyası üçün göstərdiyi xidmətləri, beynəlxalq arenada çıxışlarında hər zaman Türkiyəyə dəstəyi, Aksarayın tanıdılmasındakı xidmətlərinə, Azərbaycanla Türkiyə arasında, Azərbaycanla Türkiyənin Aksaray vilayəti arasındakı əməkdaşlığın inkişafı istiqamətindəki səylərinə görə Aksarayın fəxri vətəndaşlığına layiq görülüb.

Q.Paşayeva onu bu şərəfli ada layiq görən Aksaray və Kapadokyaya, bələdiyyə məclis sədrlərinə və üzvlərinə təşəkkürünü bildirib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın