Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Şou Biznes / Azərbaycandan növbəti rekord – 21 qızıl medal

Azərbaycandan növbəti rekord – 21 qızıl medal

Karatenin kumite yarışlarında – 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev finalda Türkiyə idmançısı Alparslan Yamanoğlunu 1:0 hesabı ilə məğlub edərək qızıl medalı qazanıb.

Bununla Azərbaycanın İslamiadada qızıl medallarının sayı 21-ə çatıb.

***

IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə təmsilçimiz Elxan Məmmədov ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb.

100 kiloqram çəki dərəcəsində kişilərin yarışının finalında Azərbaycanın iki titullu cüdoçusu – Rio Olimpiadasının gümüş mükafatçısı Elmar Qasımov ilə dünya və Avropa çempionu Elxan Məmmədov üz-üzə gəliblər.

Rəqibini ipponla məğlub edən Elxan Məmmədov “Bakı-2017”nin çempionu olub.

***

Azərbaycanın bədii gimnastı Jalə Piriyeva topla hərəkətlər üzrə fərdi yarışlarda bütün rəqiblərini qabaqlayaraq qızıl medala layiq görülüb.

Təmsilçimiz 17.550 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər gimnastımız Marina Durunda isə 15.800 xalla bürünc medala sahib olub.

***
İslam Oyunlarında karatenin kumite yarışlarında 68 kiloqramadək çəki dərəcəsində qadınların mübarizəsində Azərbaycan idmançısı İrina Zaretska qızıl medala yiyələnib.

Təmsilçimiz finalda türkiyəli Edə Eltemuru 3:0 hesabı ilə məğlub edib.

Beləliklə də, Azərbaycan karateçilərinin “Bakı-2017”dəki qızıl medallarının sayı dördə çatıb.

***

Qadın həndbolçularımız IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər – 28:26.

***

Azərbaycan gimnastı Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında özünün üçüncü qızıl medalını qazanıb.

Halqa ilə hərəkətlər üzrə fərdi yarışlarda 17.600 xal toplayan M.Durunda IV İslam Həmrəyliyi Oyunlarında üçüncü dəfə çempion olub. Digər idmançımız Jalə Piriyeva isə 16.050 xalla üçüncü yeri tutub.

Gümüş medala isə 16.450 xalla özbəkistanlı Anastasiya Serdyukova sahib olub.

***
Azərbaycan karateçisi Roman Heydərov “Bakı-2017” IV Avropa Oyunlarının finalında qalib gələrək qızıl medal qazanıb.

Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan karateçiləri “Bakı-2017”də üçüncü qızıl medalı aktivlərinə yazıblar.

Bürünc medallara misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi sahib olublar.

Cüdo yarışlarının ikinci günündə isə Azərbaycanın ilk qızıl medalını Məmmədəli Mehdiyev qazanıb.

Yarışda 90 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində Məmmədəli Mehdiyev finalda Əlcəzair təmsilçisi Abderrahmane Benemadi üzərində ipponla qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.(AzVision.az)

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın