Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Aytacın qətlindəki gizli detal

Aytacın qətlindəki gizli detal

Sevgilisi tərəfindən öldürülən Aytac Babayeva müzakirəsi səngimək bilmir. Sosial şəbəkələrdə onun adına səhifələr açılıb, Yutubda müxtəlif videoçarxlar hazırlanıb. Bu hadisədə qurbanın valideynlərini qınayanlar da var. Bildirilir ki, ailəsi qızın İzzət Hüseynovla münasibətindən xəbərdar olub. Axar.az-a qətldən əvvəl baş verən bir nüasla bağlı məlumat daxil olub. Bildirilir ki, Aytacın anası İzzətin aldığı hədiyyələri gecə saatlarında oğlanın evinə aparıb və geri qaytarıb. İzzət Aytaca hədiyyələr alırmış. Anası geri qaytaranda qızının ailə quracağını söyləyib. Yalnız bundan sonra İzzət hiddətlənib və affekt vəziyyətinə düşərək qətli törədib. Xatırladaq ki, Xətai rayonunda 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Nazim qızı Babayeva Bəhruz Nuriyev küçəsi 81 ünvanında vəhşicəsinə qətlə yetirilib. Onun kürəyindən 8 bıçaq zərbəsi vurulub.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın