Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / Ayaz Mütəllibov Fuad Musayevin dəfnində iştirak edib

Ayaz Mütəllibov Fuad Musayevin dəfnində iştirak edib

Bakının Təzəpir məscidində bir neçə gün əvvəl Moskvada vəfat edən Fuad Musayevlə vida mərasimi keçirilir.

Mərhumun yaxınları bildiriblər ki, dəfn saat 14:00-da olacaq.

Xatırladaq ki, Fuad Musayev Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Nazirlər Kabineti sədrinin müavini olub.

Fuad Musayev 1983-dən 1988-ci ilə qədər Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin iqtisadiyyat və tikinti üzrə katibi vəzifələrində işləyib.

Azərbaycanın müstəqilliyi illərində Fuad Musayev Azərbaycan Futbol Federasiyasının prezidenti seçildi və uzun illər ona başçılıq etdi.

Fuad Musayev “Qurd qapısı” qəbiristanlığında atası Ənvər Musayevin yanında dəfn ediləcək.

Virtualaz.org onu da bildirir ki, vida mərasimində Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov, sabiq baş nazir müavini, deputat Vahid Əhmədov və 90-cı illər dövrünün bir çox məşhur partiya və dövlət xadimləri iştirak edirlər .

Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın