Çərşənbə axşamı , Noyabr 24 2020
Ana səhifə / Şou Biznes / Arvadı ilə ev sahibi intim əlaqədə oldu, özü isə… – Bakıda biabırçılıq
Thief entering a private home to steal

Arvadı ilə ev sahibi intim əlaqədə oldu, özü isə… – Bakıda biabırçılıq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Emin Mehdiyev və Namiq Məsimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Tamilla Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib.

Oğurlanan pullar sahibinə qaytarılıb.

Hadisənin isə maraqlı tarixçəsi olub. E.Mehdiyev Binəqədi rayonunda Ramazan Əsgərovun mənzilində usta işləyib. R.Əsgərov ona gecəni bir yerdə keçirmək üçün qadın tapmasını tapşırıb. E.Mehdiyev isə evdə çoxlu pul olduğunu bildiyi üçün bu barədə tanışı Namiqə deyib.

Namiq öz həyat yoldaşını Ramazanın evinə gətirərək ona fahişə kimi təqdim edib. R.Əsgərov Namiqin arvadı ilə intim əlaqədə olan zaman o və tanışı Emin evdəki 12 min manatı oğurlayıblar.

Təqsirləndirilən şəxslər isə Namiqin arvadının Ramazan üçün yemək bişirməyə gəldiyini deyiblər.


Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın