Fevralın 18-də Bakı Apelliyasiya Məhkəməsində Neft Kəmərləri İdarəsinin sabiq rəhbəri
Rizvan Vahabovun “Gündəlik-Bakı” qəzetinə qarşı qaldırdığı iddia ilə bağlı növbəti proses keçirilib. Azinforum.az-ın əldə etdiyi məlumata görə, hakim bəzi prosesual pozuntularını nəzərə alaraq, işi baxılması üçün yenidən birinci instansiya sayılan – Yasamal Rayon Məhkəməsinə göndərib.
