Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Aktyor Elçin Həmidovun anım günüdür- VİDEO

Aktyor Elçin Həmidovun anım günüdür- VİDEO

Həmidov Elçin Qəzənfər oğlu 1958-ci ilin 29 iyununda Bakıda anadan olub. Körpə yaşlarından əvvəlcə atasını, sonra isə anasını itirən Elçini və bacı-qardaşlarını əmisi himayəyə götürür. Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir.
Oxu.Az xəbər verir ki, E.Həmidov 1974-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsinə daxil olub, 1981-ci ildə bitirib.
1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. “Boşanaq, evlənərik”də İkram, “Qızıl gül”də Azay, “Beş manatlıq gəlin”də Nadir, “Subaylarınızdan görəsiniz”də Mayıl, “Səhnədə məhəbbət”də ofisiant, “Talelər qovuşanda”da Totuş, “Ər və arvad” Kəblə Qubad və digər rolları ilə tamaşaçıların rəğbətini qazana bilib.
Bariton və soprano səsə malik Elçin Həmidov hər cür janrda ifa və tanınmış sənətçiləri parodiya etməyi ustalıqla bacarırdı.
İstedadlı aktyor həmçinin “Planet Parni iz Baku” KVN teatrının əsas simalarından biri idi. O, bu teatrda yaddaqalan obrazlar yaradıb. O cümlədən, “Məhəllə – 1” və “Məhəllə – 2” filmlərində canlandırdığı Məzi obrazı komik olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa, Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın