Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Az danışıb, çox müzakirə olunan deputatlar…

Az danışıb, çox müzakirə olunan deputatlar…

Milli Məclisdə təmsil olunan bəzi deputatlar plenar iclaslarda, mətbuatda çox az danışırlar. Lakin hər danışdıqlarında cəmiyyəti qıcıqlandıran ifadələr işlədirlər. Onlar az danışsalar da günlərlə ictimaiyyətin müzakirə obyektinə çevrilib, kəskin tənqid olunurlar.

Bəziləri hesab edirlər ki, deputatlar bu cür açıqlamaları bilərəkdən verirlər. Məqsəd isə gündəmdə olan hər hansı bir məsələni arxa plana keçirməkdir. Digər bir qisim isə düşünür ki, bütün bunlar məhz deputatların natiqlik qabiliyyətinin, savadının aşağı səviyyədə olması ilə bağlıdır.
Beləliklə, son bir neçə ay ərzində ictimaiyyətin tənqidinə tuş gələn deputatlar və onların açıqlamalarına nəzər salaq.
Açıqlamalarına görə ən çox tənqid hədəfinə tuş gələn Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. 2015-ci ildə Hadı Rəcəbli mətbuata açıqlamasında müəllimlərin əmək haqqı məsələsinə toxunarkən onlara çıxış yolu təklif etmişdi: “Əgər vətəndaş yaxşı yaşamaq istəyirsə, çox işləməlidir. Əgər bu gün müəllim 150-200 manat maaş alır və dolana bilmirsə, o, işdən sonra da başqa nə iləsə məşğul olmalıdır. Lənkəranın Veravul kəndində Balabəy müəllim adlı bir şəxs var.

O, günün birinci yarısı müəllimlik edir, nahardan sonra isə gedib daş hörür, ustalıq edir. Qazandığı pulla da ailəsini saxlayır.

O, bunu heç də ayıb hesab etmir. Bunun nəyi pisdir ki?”

Image result for Hadı Rəcəbli
Onun bu fikri sosial şəbəkələrdə xeyli müzakirə olundu və Hadı Rəcəbli insanlar tərəfindən sərt tənqidə məruz qaldı.
H.Rəcəbli bir müddət ictimai qınaqdan kənarda qalsa da son günlər mətbuata verdiyi açıqlama yenidən onu sosial şəbəkələrin “qəhrəmanı”na çevirib. Belə ki, deputat “Əmək pensiyaları haqqında” Qanuna pensiya yaşının artırılması ilə bağlı təklif olunan dəyişikliklər barəsində danışarkən söyləyib ki, pensiya yaşının qaldırılmasının ziyanlı tərəfi yoxdur:
“İnsanların ömrü uzanıb. Sağlamlıqları buna imkan verir”. Deputat deyib ki, müəllimlər, həkimlər onlarla qırğın edirlər ki, “gümrahıq, işləyə bilərik. Amma siz bizi pensiyaya çıxardırsınız”.

Related image
Ötən ilin dekabr ayında deputat Astan Şahverdiyevin Rusiyaya işləmək üçün gedən azərbaycanlılarla bağlı işlətdiyi cümlə isə daha böyük ajiotaja səbəb oldu. Belə ki, deputat bildirmişdi ki, Rusiyaya gedənlər bizim cəmiyyətin “otxod”larıdır. Onun bu fikrinə Rusiyada yaşayan həmvətənlərimizdən də sərt reaksiya gəldi. İnsanlar sosial şəbəkələrdə deputatı təhqir edib, sərt ifadələr işlətdilər. Hətta sosial şəbəkələrdə onu ölümlə hədələyənlər də oldu. Məsələ o qədər böyüdü ki, Milli Məclisin İntizam komissiyası da bu hadisə barədə iclas keçirdi və deputat Astan Şahverdiyev cəmiyyətdə etiraza səbəb olan fikirlərinə görə üzr istədi.

Image result for Hüseynbala Mirələmov
Deputatların cəmiyyəti qəzəbləndirən çıxışları bununla da bitmir. Belə ki, deputat Hüseynbala Mirələmov da ölkədəki iqtisadi durum, bahalaşma ilə bağlı mətbuata açıqlamasında insanlara xitabən bildirmişdi ki, ayağını yorğanına görə uzat:
“Azdır, az ye, çoxdur, çox ye. Adamlar var çörək yemir, ət yemir, balıq yemir ki, forma saxlasın. Çox yemək insanı tez qocaldır”.

Deputat sosial şəbəkələrdə bu fikirlərinə görə sərt tənqid, təhqir olunduğunu görüncə, təkrar açıqlama verərək bildirmişdi ki, onun fikirləri kontekstdən çıxarılıb.


Ötən il Milli Məclisin vitse-spikeri Bahar Muradova da insanların tənqid hədəfinə çevrilmişdi. Belə ki, xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı “xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın” dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid, hətta təhqir belə edirdilər. Bir neçə gün davam edən tənqidlərdən sonra B.Muradova musavat.com-a açıqlama verərək söylədi ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil. Bu açıqlamadan sonra sosial şəbəkələrdə məsələ ilə bağlı müzakirələr də dayandı. (Musavat.com)

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın