Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalıdır!

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalıdır!

…Son günlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının rüşvət qalmaqalında çəkilməsi olduqca ağrılı məsələdir. Adında ailə, uşaq, qadın… sözlərinin bütün mənalarda mahiyyətini daşıyan bir komitənin-dövlət qurumunun rüşvət qalmaqalında adının çəkilməsi təəssüf hissi yaradır. Bilənlər bilir ki, Azərbaycan reallığında dövlət qurumu o vaxt korrupsiyalaşır ki, orada Nizamnaməsinə-qanunlara uyğun iş getmir… Bir anlığa düşünürsən: Azərbaycanda ailələr arasında boşanmalar, özü də erkən boşanmalar getdikcə artırsa, uşaqlar arasında narkomanlığa, digər cinayətlərə qurşanmalar çoxalırsa, təhsildən yayınmalar və başqa yad vərdişlər artırsa, ən nəhayət, cənnətin ayaqları altında olduğunu Peyğəmbərimizin belə min il əvvəl bəyan etdiyi qadınlarımızın fahişəliyə, kriminal vərdişlərə, narkomanlığa, nikahdankənar uşaq doğmağa, hətta doğma balasını belə öldürməyə, atıb getməyə… meyillənməsi gündən-günə artırsa, cənablar, hörmətli xanımlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimə lazımdır??? Bəs bu Komitə nə işlə məşğuldur ki, ölkəmizdə ailələrin, qadınların və uşaqların problemlərin başdan aşır? 
Ailə problemləri ilə məşğul olmalı komitənin sədri rüşvət qalmaqalında?
Adam bu biabırçılığa susa bilmir ki, ilin-günün bu vaxtında da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq adında ailə, qadın və uşaq kimi bir müqəddəs adı daşıyan dövlət qurumunun adı rüşvətdə hallanır! Qadının adı halallıqda, təmizlikdə, müqəddəslikdə… çəkilib həmişə. Amma indi əksinin şahidi oluruq. Hicran Hüseynova rüşvət qalmaqalında adının hallanmasına, hətta çox sərt reaksiya da verir: “Bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz… Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz”. Hətta xanım sədr dövlət məmurları haqqında yazılarda xüsusilə diqqətli olmağı vacib sayır… Dövlət məmurları vəzifəsindən kənar işlərlə məşğul olursa, övladları bahalı maşınlarda at oynadırlarsa, jurnalistlər niyə də ehtiyatlı və diqqətli olmalıdırlar? Prezident İlham Əliyev isə, əksinə, haqlı olaraq belələrini sərt tənqid edib, cəzalandırıb… O ki qaldı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin adının belə qalmaqalda çəkilməsinə, bəli, əgər bu komitə gerçəkdən ölkəmizdəki ailə, qadın və uşaqların problemləri ilə məşğul olsaydı, bu işlərin müsbət nəticəsi göz qabağında olsaydı, heç bir halda adı rüşvətdə, dələduzluqda hallanmazdı. Təkcə 2016-cı ilin Dövlət Büdcəsindən Komitənin idarəetmə aparatının saxlanmasına 1 milyon 309 min 875 manat, komitə üçün sosial müdafiə xərclərinə əlavə olaraq 1 milyon 787 min 381 manat pul atrılıb. Ortada isə, yuxarıda dedik, Komitənin məşğul olmalı problemlər başdan aşır… Deməli, indiki maliyyə problemləri fonunda belə bir səmərəsiz Komitənin mövcudluğu lazım deyil. Ekspertlər də hesab edir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ləğv olunmalı, məşğul olmalı sahələri üzrə funksiyalar Təhsil Nazirliyinin tərkibinə verilməlidir. İndi qalır Komitənin ləğvi barədə Prezident sərəncamı… Moderator.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın