Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / “Ağı deyənləri sakitləşdirin, oğlumuz Vətən yolunda şəhid olub!” – ŞƏHİD ATASI

“Ağı deyənləri sakitləşdirin, oğlumuz Vətən yolunda şəhid olub!” – ŞƏHİD ATASI

Novruz müjdəli “Od çərşənbəsi” dünən Yardımlıya qara gəldi!!..
Bu Çərşənbədə şəhid atası Yaşar Şahmurad oğlunun “Vətən sağ olsun!”- deməsi bu qoca yurda olduğu kimi Vətənə, millətə fəxarət yaşatdı!..
“Azərbaycan Ordusu bir şücaətli zabitini itirdi!”- deyə qəhərdən boğulan, göz yaşını gizlədib danışmağa halı olmayan, şəhidin əmisi polkovnik Təyyar Şahmurad oğlunun düşəmənə qisasından, intiqam dolu emosiyasından sıxılan yumruğunu görəndə, nə qədər duyğulansam da, orada olan hər kəs kimi mən də qürur, fəxarət yaşadım!

Hələ bu harasıdır?! Biz bir oğul itgisini yox, Vətənə şəhid verdiyindən qürurlanan, onu taqətdən salan xroniki xəstəliyini belə unudub evin içindən gələn nalə dolu oxşamya çımxırıb, uca səslə “Gedin onları sakitləşdirin, deyin oğlumuz Vətən yolunda şəhid olub!”- sözünü eşidəndə Vallah Yaşarın bu sözləri gözlərimi yaşartdı.

Axı doyunca boynunu oxşayıb sevinc-fərəhini dadmayan Ana üçün də, cəmi yeddi ayın gəlini olan, arzuları yarımçıq qalan Şahların yarının naləsi də, çiynindəki paqonundan, qardaşı əzəmətli göstərən zabit mundurindən daim fəxarətlənən bacıların şivəni başadüşüləndir. Evin içərisindən kəndara gələn onların ah-naləsini necə yarımçıq qoymaq olar?!!!

Ata Yaşar kişidən aldığım müsahibə zamanı evin içərisindən gələn qız-gəlin hiçqırtısı, Ana Zərxanımın ürək dağlayan oxşaması qulaqlarımda hələ də cingildəyir, məni haldan-hala salırdı. Amma bu məqamlarda ata Yaşar kişinin əzəmətinə heyran oldum. Bu əzəli torpaqlarda kürəyini dağlara söykəyib tarixin minilliklərdən bu günə daşıyan Peştəsər kəndinin doğrudan da O əzəmətli kişisi idi, lap Peştəsər dağları kimi vüqarlı idi. Tanrı Sənə doyunca səbr versin Şəhid Atası!

Dünən Yardımlı öz şəhid öğlunu, Şahlar Yaşar oğlu Nəzərovu əbədi yolçuluğa uğurladı.Tarixi minilliklərdən xəbər verən Peştəsər kənd məzarlığı bir zaman dünyaya gəlişı ilə ilk qədəmini qoyduğu torpaq şəhid balasını qoynuna aldı. 2017-ci ol fevralın 24-dən 25-ə keçən gecədə Milli Ordumuzun heyyəti yağı düşmən ermənilərin bütün Füzuli-Xocavənd cəbhəsi boyu təxribat xarakterli hücumuna layiqli cavab verdi və bu döyüşdə digər 5 nəfər kimi Şahlar da qəhrəmanlıqla həlak oldu. Yardımlı ictimaiyyəti göz yaşları içərisində şəhid Şahları şahlara layiq axirət evinə yola saldı.

Uyu şəhidim, rahat uyu! Sən öz cismani yoxluğunla bizim aramızdan getsən də, bu Vətən, bu millət, bu xalq Səni heç vaxt unudan deyl. Amma gedişinlə bizim üstümüzə haqqını qoyub, Vətəni əmanət deyib getdin, o biri şəhidlərimiz kimi. Unutmaz səni bu el, bu oba. Məkanın Cənnət olsun.
Xatırladım ki, 25 aprel 1990-cı ildə Peştəsər kəndində dünyaya göz açan Şahlar Yaşar oğlu Nəzərov orta təhsil aldığı məktəb illərindən əmisi, adlı-sanlı polkovnik Təyyar Nəzərov kimi hərbiçi olmaq, Vətəni düşməndən qorumaq, müdafiə etmək arzusunda idi. Bu məqsədlə Naxçıvanski adına hərbi litseydə təhsil almışdı, sonra isə Ali Hərbi Akademiyanı bitirmişdi. Yüksək hərbi bilik və bacarığına görə Türkiyə Respublikasında xüsusi hərbi biliklərə yiyələnmək üçün müəyyən müddət oxumağa göndərilmişdi. Geri qayıdanda Şahlar artıq NATO standartlarını mənimsəmiş bir zabit kadrı idi. Onun bu karyerası özündən kiçik qardaşı Fərhada da stimul olub və o da Şahların keçdiyi hərbi təhsil yolunu keçərək ali hərbi təhsil alıb, Milli Ordunun zabitidir. Şahlar baş leytenant rütbəsində olsa da Fərhad leytenatdır. Əmisi Təyyar kimi polkovnik olmaq arzuları qardaşların qəlblərində göyərib. Hətta bir müddət əvvəl Orduya hərbi qulluğa çağırılmış kiçik qardaş İskəndər də bu sevda ilə Vətənə xidmətə başlayıb və hərbi qulluğu başa vurduqdan sonra özündən böyük qardaşları kimi ömrünü hərbə bağlamaq istəyir. Hətta Peştəsər kənd məktəbinin 11-ci sinfində oxuyan Orxan da artıq indidən hərbçi olmaq qərarındadır, bütün hədəfini əmisi Təyyar kimi tanınmış zabit olmağa yönəldib. Onların əmisi oğlanları da hərbə bağlanıb, zabit, gizirdilər, bir növ Nəzərovlar hərbi qulluğu özlərinə peşə seçiblər.

Şəhidin mübarək nəşi ata ocağına gətirilməmişdən yeddi ay əvvəl bu həyətdə mağar qurulmuşdu, Şalar bəyin ən xoşbəxt günü yaşanmışdı. Cəmi yeddi ay əvvəl Şahlar könül verdiyi yarı ilə vüsala qovuşmuşdu, atası doğma ocağında hərbiçi oğluna toy-düyün etmişdi. İki ay sonra isə ata olacaqdı. Nə yazıq ki, amansız fələk öz sözünü dedi, Şahların arzuları yarımçıq qaldı. Nur içində uyu, şəhidim…

Mənfur düşmən sevinməsin ki, Şahların həlakı ilə bir ocağı söndürdü. Çünki o ocağı bundan sonra daha yaxşı yandıracaq üç igid daha var. Şəhidimiz Şahların intiqamını düşməndən alacaq bu ocaqda daha üç oğul: Fərhad da var, İskəndər də, Orxan da. Tanrı bu qardaşların intiqamına yar olsun!!Amin!!!

Əli Mirzəlioğlu,
Yardımlı rayon tarix-diyarşünaslıq muzeyinin direktoru

 
Eli Iskenderov adlı birinin şəkli.
 
Yardımlı Rayonu adlı birinin şəkli.
Merahim Huseynov adlı birinin şəkli.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın