Bazar ertəsi , Oktyabr 14 2019
Ana səhifə / Şou Biznes / ADNA rəhbərliyinə rüşvət iddiası 

ADNA rəhbərliyinə rüşvət iddiası 

Azərbaycan Dövlət Neft Akademiyasının tələbələri Strateq.az-a Akademiyada cərəyan edən xoşagəlməz proseslə bağlı şikayət ediblər.

Onlar sayt vasitəsiylə Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevaya, Təhsil naziri Mikayıl Cabbarova müraciət ediblər.

Tələbələr iddia edirlər ki, Vaqif Qurbanov Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra etməyə başlayandan akademiyada özbaşınalıq tüğyan edir:

«Az qala bütün ali məktəblərdə imtahanlar test üsulu ilə keçirildiyi bir zamanda imtahanlar hələ də yazılı aparılır. Yol verdiyi kobud pozuntulara görə vaxtilə şiddətli töhmət almış Vaqif Qurbanov Akademiyada özünə sərfəli olan “yenilik” edərək tələbələri kütləvi qaydada imtahandan kəsməyi özlərinə hədəf seçib.

Bu işi “Neft mexanika”fakültəsinin dekanı Sakit Abbasovla, Osman Mirzəyev cütlüyünə həvalə edib. İmtahan komissiyasının sədriliyin Sakit Abbasova, İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (IKTM) rəisiliyini isə Osman Mirzəyevə həvalə edib. İmtahan nəzarətçiləri də akademiyanın müəllimlərindən təşkil edilib. Nəzarətçilər də bü cütlüyün göstərişləri əsasında tələbələrə qarşı istədiyi haqsızlığı edirlər. Məhz Sakit Abbasovla, Osman Mirzəyev cütlüytü məqsədli şəkildə tələbələrə qarşı xüsusi qədarlıq və qeyiri-obyektivlik edərək tələbələrin bütün hüquqlarını tapdalayır».

Tələbələr iddia edirlər ki, rektor əvəzinin əməlləri bununla da bitmir:

«Yeni “qaydalar”a görə, kəsri olan tələbə təqaüddən məhrum edilir, tələbə hər fənn üçün kredit sayına uyğun kredit ödənişi edib, Akademiyanın yay məktəbinə yazıldıqdan sonra kəsrini düzəldə bilər. Avropa oyunlarını bəhanə edib dərs proqramı yarımçıq tədris olunub. Bunun qarşılığında Vaqif Qurbanov imtahan suallarının qismən də olsa azaldılacağında dair vədlər versə də, buna da vədinə əməl etmədi. Əksinə, qəsdən imtahan sualları artırıldı və qəsdən imtahan üçün verilən 3 saat vaxt 2 saata salındı. Həm də bu səbəblər görə tələbələr kütləvi qaydada imtahandan kəsildi”.

Tələbələr deyirlər ki, Akademiyanın təkliflər qutusuna imtahanların test üsuli ilə keçirilməsi təkliflər versələr də, bu təkliflərə məhəl qoyulmur:

“İmtahan nəticələri Sakit Abbasovla, Osman Mirzəyevin şəxsi istəklərindən asılıdır. Akademyada yaşı 70-dən yuxarı olan görmə-eşitmə qabiliyyəti çox-çox zəif olan, yaddaşı olmayan çoxlu sayda yararsız müəllimlər var. Dərs deyə bilməsələr də, tələbələr onların hər cür kaprizlərinə dözməyə məcburdurlar.

İndi bütün tələbələri bir sual düşündürür: Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir?s Digər tərəfdən Neft Akademiyasında tələbələr kütləvi qaydada imtahanlardan kəsilirsə bu Aklademiyada verilən ali təhsilin “keyfiyyətindən” xəbər verir.

Xahiş edirik tələbələrə qarşı edilən bu haqsızlıqlara son qoyulması üçün aidiyyatı qurumların rəhbərlərinə göstəriş verəsiniz”.

Onu da qeyd edək ki, şikayəti Natiq Quliyev adlı şəxs göndərib.

Şikayətdə adları hallananların da mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Mətanət Abbası pərt etdi: “Süddən yanıqsan” – VİDEO

ATV-də yayımlanan “Üçümüz” əyləncəli-yumoristik proqramında qonaq olan Əməkdar artist Abbas Bağırov verlişdə pərt vəziyyətə düşüb. …

Bir cavab yazın