Bazar , Noyabr 29 2020
Ana səhifə / Şou Biznes / ABŞ Dövlət Departamenti: “Səbrimizin həddi var…”

ABŞ Dövlət Departamenti: “Səbrimizin həddi var…”

“Rusiya yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda davam edəcəksə, ABŞ cavab tədbirləri görəcək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin köməkçisi Frenk Rouz bəyan edib.
“Biz Rusiyaya və tərəfdaşlarımıza açıq şəkildə bildirmişik ki, səbrimizin həddi var. Əgər Rusiya bu razılaşmanı pozmaqda davam edəcəksə və bizim narahatlıqlarımızı cavabsız qoyacaqsa, özümüzü və tərəfdaşlarımızı müdafiə etmək üçün addımlar atacağıq,” – deyə F. Rouz bildirib.
O qeyd edib ki, hələ 2014-cü ilin yayında ABŞ Rusiyanın yerüstü qanadlı raketləri hazırlanması və sınaqdan keçirməsi ilə yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmasına öz etirazını bildirib.
Dövlət katibi köməkçisi qeyd edib ki, ABŞ bu problemə göz yummağı planlaşdırmır, onunla konstruktiv işləməsi üçün Rusiyaya təzyiq göstərməkdə davam edəcək: “Məqsədimiz Rusiyanı ləkələmək deyil, məqsədimiz razılaşmanı qorumaqdır. Biz bu razılaşmanın imzalandığı 1987-ci ildən bəri dünyanın kifayət qədər böyük bir hissəsinə sabitlik gətirəcəyinə inanırıq”.
Xatırladaq ki, son bir neçə ildə Rusiya və ABŞ qarşılıqlı olaraq bir-birini yaxın və uzaq mənzilli raketlərlə bağlı razılaşmanı pozmaqda günahlandırır.

 

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın