Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / 8 yaşlı Azərbaycan pianoçusu Kremldə çıxış etdi

8 yaşlı Azərbaycan pianoçusu Kremldə çıxış etdi

Gənc Azərbaycan pianoçusu Cəmil Sədizadə Kremldə çıxış edib. Mayın 28-də Rusiya prezidentinin iqamətgahında – Böyük Kreml Sarayında – beşinci beynəlxalq uşaq musiqi festivalı keçirilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Nəsillərin melodikası” devizi altında keçirilən beynəlxalq festivalda doqquz ölkəni təmsil edən gənc musiqiçilər Rusiya Prezident orkestrinin müşayiəti ilə çıxış ediblər.

Azərbaycanın ən yaxşı gənc pianoçularından biri – 8 yaşlı Cəmil Sədizadə Bethovenin fortepiano ilə orkestr üçün konsertini ifa edib.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən “Nəsillərin melodikası” xeyriyyə festivalı barədə təşəbbüs 5 il bundan əvvəl Rusiya Prezident orkestrinin rəhbəri Vera Krılova tərəfindən irəli sürülüb. Bu festivalda dünyanın müxtəlif ölkələrindən mədəniyyət nazirlikləri səviyyəsində seçilən 8-15 yaşlı ən yaxşı musiqiçilər iştirak edir.(AzərTAc)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın