Cümə axşamı , İyun 20 2019
Ana səhifə / Şou Biznes / 60 yaşlı şorgöz müəzzindən inanılmaz əxlaqsızlıq: Məscidə gələn qadınlarla…

60 yaşlı şorgöz müəzzindən inanılmaz əxlaqsızlıq: Məscidə gələn qadınlarla…

Türkiyənin Konya şəhərində şok hadisə yaşanıb.
Moderator.az – ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məscidlərin birində müəzzin (azan oxuyan) kimi fəaliyyət göstərən 60 yaşlı şəxs məscidə ehtiyac üçün müraciət edən bir qrup qadınla cinsi əlaqədə olurmuş.
O, bəyəndiyi qadınlara pul müqabilində cinsi əlaqə təklif edirmiş. Din xadiminin bu təklifi qəbul edildikdə isə tərəflər məsciddəcə cinsi əlaqəyə girirmiş. Bu barədə məlumatı məsciddə Quran kursuna gedən şəxslər ictimaiyyətə ötürüb. Belə ki, kursa gələn şəxslərdən biri hətta müəzzin və qadının cinsi əlaqəyi girmələrini telefona belə çəkə bilib.
Adı açıqlanmayan 60 yaşlı müəzzin məsciddən kənarlaşdırılıb. Mətbuat nümayəndələri onunla əlaqə saxlasa da o, heç nə danışmaq istəmədiyini deyərək yaxın zamanlarda Ümrə ziyarətinə gedəcəyini  bildirib.
Qeyd edək ki, qadınlarla cinsi əlaqləyə girmiş bu şəxs uzun müddət məscidin baş imamı olaraq fəaliyyət göstərib. Təqaüdə göndərildikdən sonra isə özü könüllü şəkildə gəlib məscidin müəzzini olmaq istədiyini bildirmişdi. Ehtimal olunur ki, bu şorgöz din xadimi hələ məscidin baş imamı olanda belə işlərlə məşğul olurmuş. Təqaüdə göndərildikdən sonra isə öz işinə davam etmək üçün könüllü müəzzin kimi məscidə qayıdaraq öz çirkin əməlinə davam edib.

Həmçinin oxuyun

Sevda ikinci ərindən də ayrıldı – Foto

Müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşı Cəmildən ayrılıb. “Yeni Sabah” xəbər verir ki, o, boşandığını …

Bir cavab yazın