Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / 33 saylı Xətai birinci DSK-nın sədri yoxa çıxıb – VİDEO

33 saylı Xətai birinci DSK-nın sədri yoxa çıxıb – VİDEO

33 saylı Xətai birinci seçki dairəsinin sədri Əlibala Bayramov yoxa çıxıb. Bu haqda həmən dairədən deputatlığa namizəd, D18 Hərəkatının başqanı Ruslan İzzətli bildirib.
Ruslan İzzətli: “01 noyabr 2015-ci ildə keçirilən parlament seçkiləri zamanı namizəd olduğum dairədə total saxtakarlıqla Hüseynbala Mirələmov deputat “seçilib”.
Seçkilərdə baş verən qanun pozuntusu haqda şikayət ərizəmi və müşahidəçilərimin tərtib etdiyi aktları DSK sədri Əlibala Bayramova təqdim etmək istəsək də sədri tapa bilmirik. MSK-nın qaynar xətti 115 nömrəsilə əlaqə saxlasaq da MSK bizim axtarışımızın müsbət nəticələnməsinə kömək ola bilmədi. Şikayəti poçt vastəsilə DSK-ya göndərməli olduq. Mən və digər namizədlər – Üzeyir Cəfərov, Ülkər Musazadə birlikdə DSK – ya getdik. Komissiyanın heç bir üzvü yerində yox idi.  Bütün bu qanunsuzluğu video lentə aldıq”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın