Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / 300-dən çox köçkün aylıq müavinətdən imtina etdi – FOTOLAR

300-dən çox köçkün aylıq müavinətdən imtina etdi – FOTOLAR

İndiyə qədər 300-dən çox məcburi köçkün aylıq müavinətdən könüllü olaraq imtina edib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli fərmanı məcburi köçkünlər tərəfindən onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən növbəti uğurlu addım kimi yüksək qiymətləndirilir:

“Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, Qaçqınkoma edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir. Dövlət Komitəsinə müraciət etmiş bəzi məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildirir və bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif edirlər. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub”.

AzVision.az

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın