Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / 2107 müəllim imtahana çəkiləcək

2107 müəllim imtahana çəkiləcək

Sabah Respublikanın ümumi təhsil müəssisələrində və peşə liseylərində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə çərçivəsində test imtahanlarına başlanılacaq.

Təhsil Nazirliyindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində ümumi elektron sənəd verən namizədlərdən 2107 nəfərin ərizəsi təsdiqlənib. Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimləri üstünlük təşkil edir.

“Eyni zamanda bildiririk ki, mövcud qaydalara əsasən test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər vakant yerləri seçə bilər. Ona görə də, hazırda namizədlərin hansı bölgələrə yerdəyişmə etmək istədikləri müəyyən edilməyib”, deyə məlumatda qeyd edilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın