Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Şou Biznes / Jurnalist gəlin oldu: Amma bu, ona baha başa gəldi – FOTOLAR

Jurnalist gəlin oldu: Amma bu, ona baha başa gəldi – FOTOLAR

Toy etməyə hazırlaşan cütlüklər xoş günlərinin yaz aylarında baş tutmasına üstünlük verirlər. Ona görə də fevraldan başlayaraq, toy tədarükü görməyə start verirlər. 
Manatın devalvasiyasının toy biznesinə də ciddi təsir etdiyi məlumdur. Böhran dövründə “Gəlin olmaq xanımlara neçəyə başa gəlir” sualına cavab tapmaq üçün musavat.com saytının əməkdaşı gəlinlik evlərinə və gözəllik salonlarına baş çəkib.
Amma əvvəlcə toya hazırlaşan gəlin namizədi kimi Bakının tanınmış gəlinlik evlərindən biri ilə əlaqə saxladıq və gəlinliklərin qiyməti ilə maraqlandıq: “Biz də müxtəlif qiymətlərdə gəlinliklər var. Ən ucuz gəlinliyimizi 400 manata kirayə veririk. Ayrıca salonumuz da var. Bizdən gəlinlik götürən xanımlara salonumuzda endirim edir”.
Əlaqə saxladığımız gözəllik mərkəzlərindən isə bildirdilər ki, nişan və toy mərasimləri üçün gəlin paketləri fərqlidir: “Nişan üçün gəlin paketi 200, toy üçün 300 manatdan başlayır. Salonumuza yaxınlaşsanız, endirim edərik. Biz tanınmış firmaların kosmetikalarından istifadə edirik, onların da qiyməti bahalaşıb. Ona görə, biz də qiymətləri çox aşağı sala bilmirik”.
Salonun əməkdaşı ilə söhbətimizdən sonra “Laçın” Ticarət Mərkəzinə yollanırıq. Mərkəzin 3-cü mərtəbəsində onlarla gəlinlik evi var.
İlk gördüyümüz mağazaya daxil oluruq və qiymətlərlə maraqlanırıq: “Böhrandan sonra müştərilərin sayı azalmışdı. Fevral ayında gəlinlik üçün gələn müştərilərin sayı az olsa da, mart-aprel ayları üçün sifariş edənlər çoxdur. Qiymətlərimiz münasibdir, müştərinin maddi vəziyyətini də nəzərə alırırq. Gəlinliklərin kirayəsi 150 manatdan başlayır. Şəhərin mərkəzində 500 manata olan gəlinlikləri bizdə 200 manatdır. Bir müştəriyə baha qiymətə libas verməkdənsə, 3 müştəriyə münasib qiymətə veririk”.
Mağazadan ayrılmışdıq ki, digər mağazanın qarşısında dayanan xınayaxdı mərasimi təşkil edən xanım bizi məkanına dəvət etdi: “Bizdə də gəlinliklər var, baxın, qiymətdə razılaşarıq. Biz xınayaxdı mərasimlərini də ucuz qiymətə təşkil edirik. Böhrandan sonra endirim etmişik. Mərasim paketimizə dekor, aparıcı, musiqi avadanlıqları, fotoqraf, operator, gəlinin rəfiqələrinə geyim aiddir. Gəlin üçün libas isə 30 manatdan başlayır. Siz dekor seçin, qiymətdə razılaşarıq”.
Özümüzün çəkiliş heyətimizin olduğunu bildirib, dekor seçdikdən sonra isə mağazanın əməkdaşı qiymətdə endirim edir: “Sizin üçün endirim edərəm. Operator və fotoqrafı çıxarsaq, 200 manat ödəyərsiniz. 50 manatlıq milli geyimi isə 30 manata kirayə verərəm”.
Xanım ilə razılaşıb, şənbə günü beh vermək üçün gələcəyimizi deyib, digər gəlinlik mağazasına keçid edirik.
Həmsöhbət olduğumuz satıcı xanım bildirdi ki, mart ayından gəlinliklər bahalaşacaq: “Hazırda mağazamızda olan gəlinliklər payızın sonu gəlib. Ona görə də qiymətlər münasibdir. Yaz kolleksiyasının qiymətini mütləq qaldırmalıyıq. Çünki 1000 dollara aldığımız paltar 1600 manata başa gəlir. Mən də məcburam ki, gəlinliyi 400 manata kirayəyə verim. Hazırda salonumuzda olan gəlinliklərin kirayəsi 100 manatdan başlayır. Əgər gəlinliyi bizdən götürsəniz, gözəllik salonumuz da var, sizə endirim edərik. Əgər götürmək istədiyiniz gəlinlik varsa, geyindirək, baxın, amma beh qoymalısınız. Fikrinizi dəyişsəniz, behi qaytarmayacağıq”.
Güllü gəlinlik seçib, geyindikdən sonra mağazanın əməkdaşı ilə salon düşürük: “Sizin seçdiyiniz gəlinliyin kirayəsi 150 manatdır. Əgər bizim salonda bəzənsəniz, gəlinliyə 130 manat verərsiniz. Hər yerdə gəlin bəzək paketi 200 manatdan başlayır. Gəlin paketinə saç, makiyaj, manikür aiddir”.
Bu salonla da 120 manata razılaşıb, gəlinliyə 10 manat beh qoyub, ticarət mərkəzindən çıxdıq.
Beləliklə, tanınmış gəlinlik evlərindən götürəcəyimiz gəlinliyin puluna həm gəlinlik, həm gəlin bəzək paketi, həm də xınayaxdı mərasiminin təşkilini həll etmiş olduq. Beləliklə, bir günlük gəlin olmaq əməkdaşımıza 250 manata başa gəldi.

Həmçinin oxuyun

“Qəlbim Azərbaycan xalqı ilə…” – Tarkan

Türkiyənin və dünyanın tanınmış müğənnisi Tarkan özünün “Instagram” hesabında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən …

Bir cavab yazın