Ana səhifə / Sosial / Bakı “Qazprom”dan qaz alır

Bakı “Qazprom”dan qaz alır

SOCAR Rusiyanın “Qazprom” şirkətindən qaz almaq niyyətindədir.

 

APA  “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

 

R. Abdullayev bildirib ki, Rusiyadan qaz alışı Azərbaycana ölkədə neft hasilatını dəstəkləməyə kömək edə bilər: “Çünki Azərbaycan neft hasilatının artırılması məqsədilə laylara doldurmaq üçün daha iri həcmdə qazdan istifadə edir. İndi bizə neft hasilatını artırmaq məqsədilə laylara doldurmaq üçün əlavə həcmdə qaz lazımdır. Bunun üzərində işlər gedir. “Qazprom”a təklifimizi vermişik, cavab gözləyirik. “Qazprom”un verə biləcəyi istənilən həcmdə qaz almağa razıyıq. Laylara əlavə 3-4 milyard qaz doldurmaq imkanımız var. Qiymətlərlə də əlaqədar problem yoxdur”.

 

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın