Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Şou Biznes / Əfsanəvi generalımız vəfat etdi – VİDEO

Əfsanəvi generalımız vəfat etdi – VİDEO

Bu gün dünyasını dəyişmiş azərbaycanlı general Bahadur Hüseynovun peşə sahəsində irəliləməsində mərhum Heydər Əliyevin böyük rolu olub.

Ölkə.Az-ın məlumatına görə, bu barədə mərhum general-mayor Bahadur Hüseynov 2014-cü ilin 15 dekabrında 93 yaşını qeyd edərkən ANS TV-nin “Xəbərçi” proqramına bildirib. 1976-cı ildə şəxsən Heydər Əliyevin göstərişi ilə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədr müavini təyin edilən Bahadur Hüseynova general-mayor rübtəsini də məhz o, təqdim edib.

“O vaxt Heydər Əliyev demişdi ki, biz eşitdiyimizə görə, bizim sərhəd qoşunlarında ən birinci yerdə gedən kəşfiyyat hissəsinin rəhbəri Hüseynov Bahadurdur. Məsləhət gördülər və məni vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi 2-ci şöbəyə keçirdilər”,- deyə Bahadur Hüseynov xatırlayıb.

Əfsanəvi azərbaycanlı general, İkinci Dünya müharibəsinin iştirakçısı Bahadur Hüseynov dünyasını bu gün dəyişib. Dekabrın 15-də Bahadur müəllimin 95 yaşı tamam olmuşdu.

“Məni vaxtilə Heydər Əliyevin rəhbərlik etdiyi 2-ci şöbəyə keçirdilər”.

Bahadur Məmmədqulu oğlu Hüseynov 1921-ci il dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olub. Ağır iqtisadi həyat şəraitini yüngülləşdirmək məqsədilə onun 3 yaşı olanda ailəsi Naxçıvandan Gəncəyə köçməli olur.

1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vuran Bahadur elə bu şəhərdə Toxuculuq Texnikumuna qəbul olur və 1938-ci ildə həmin texnikumu müvəffəqiyyətlə bitirərək Toxuculuq Kombinatında işə düzəlir.

1939-cu ildə Xarkov şəhərindəki Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olub, həmin şöbəni bitirdikdən sonra təhsilini F.E.Dzerjinski adına Xarkov sərhədçilər məktəbində davam edib.

Bahadur Hüseynov ilk döyüşünə 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində kiçik leytenant rütbəsində başlayır. Gənc zabit 1942-ci ildən 1948-ci ilə kimi tərcüməçi, zabit, böyük zabit vəzifələrində qulluq edir. 1948-1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində əvvəlcə bölmə rəisi, kəşfiyyat bölmə rəisi vəzifələrində xidmət edir.

1948-ci ildən 1960-cı ilədək polkovnik-leytenant rütbəsinə qədər yüksəlir. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) keçir.

Bahadur Hüseynov Azərbaycan DTK-sının sədr müavini işləmişdi.

Allah rəhmət eləsin!

2014-cü ilin 15 dekabrında general-mayor Bahadur Hüseynov 93 yaşını qeyd ediridi. Həmin gün ANS TV-nin “Xəbərçi” proqramı onun qonağı olmuşdu. Diqqətinizə Bahadur Hüseynovun müsahibəsini təqdim edirik:

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın