Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Zahid Oruc: “Xaricdəki ehtiyatımızın heç olmasa, 1 milyardı ölkəyə gətirilsin”

Zahid Oruc: “Xaricdəki ehtiyatımızın heç olmasa, 1 milyardı ölkəyə gətirilsin”

“Gürcüstanın ərazisi Azərbaycanın ərazisindən xeyli kiçikdir. Amma Gürcüstana ildə gələn turistlərin sayı 6 milyondur, bizdə 1 milyon… Gürcüstanın təbii zənginliyi bizdən on dəfələrlə aşağıdır. Bu fərqin yaranmasının bir səbəbi var, xarici vətəndaş öz vəsaitinin 60 faizini otel və nəqliyyata verəcəksə, o ölkəyə gəlməyəcək”.  
Bu fikirləri deputat Zahid Oruc büdcə müzakirələri zamanı turizmlə bağlı problemdən bəhs edərkən deyib. O, büdcə müzakirələri zamanı iki sabiq nazirlə bağlı məhkəmə prosesinin davam etdiyini xatırladaraq bildirib ki, həmin nazirliklərin ətrafında baş verənlərin təkrarlanmaması üçün büdcə vəsaitlərinin xərclənməsində mexanizmlər hazırlamalı, həyata keçirməlidir.
 
“Bizim millətin psixologiyası elə qurulub ki, biz sabit manat istəyirik. Bu zaman vətəndaş da öz saxlancında olan ehtiyatını ortaya çıxaracaq, sahibkar da” – deyə, Z.Oruc devalvasiyadan bəhs etdi.
O da həmkarı Q.Həsənquliyevin təklifini müdafiə edərək xaricdəki valyuta ehtiyatlarımızın heç olmasa, 1 milyardını ölkəyə gətirməyə, vətəndaşlara güzəştli kreditlər verməyə çağırdı. Bir sıra müəssisə və obyektlərin özəlləşdirməyə çıxardıldığını xatırladan deputat “biz də neçə illərdir bunu deyirdik” – söyləyib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın