Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Zahid Oruc Ombudsmanın hesabatını kəskin tənqid etdi

Zahid Oruc Ombudsmanın hesabatını kəskin tənqid etdi

“Mən bu boyda sənəddə kredit borclarına görə evini itirənlər haqda bircə cümlə də görmədim”

“İlk dəfə idi ki, bu qədər şablon terminlərlə dolu olan sənədin şahidi oldum. Bəlkə də sovet qurultaylarındakı çıxışlara bənzədi. Açığını deyim ki, bunu təəssdüflə qarşıladım”.

Deputat Zahid Oruc bu fikirləri Milli Məclisdə illik hesabatını təqdim edən ombudsman Elmira Süleymanovanın çıxışına reaksiyası zamanı bildirdi. Hesabata tənqidi yanaşan deputat bildirdi ki, biz problemləri deməsək, bu kursa da səmimi xidmət etmiş olmarıq: Prezident Aparatının şöbə müdiri vaxtaşırı şikayətlər barədə statistikanı açıqlayır. Siz o məktublarla tanış olsanız, görəcəksiniz ki, hansı icra hakimiyyətlərindən, hansı şikayətlər var. O qədər konyukturçu olmaq olmaz ki, bu qədər tərif sənədi gətirək”.

Z.Oruc digər məqama da toxundu: “Bir neçə gün əvvəl Mədət Quliyev Azərbaycandan 900 nəfərin Suriya və İraqa döyüşmək üçün getdiyini açıqladı. Bu, bizim cəmiyyətimiz üçün çox böyük siqnal olmalıdır. Bu şəxsləri vətəndaşlıqdan məhrum etməyimiz çıxış yolu deyil. Ermənistanla müharibədə ildə uzağı 100 nəfər itki vermişik. Amma biz xurafata qoşulan 900 nəfəri itirmişik. Bunların 84 nəfərinə cinayət işi qaldırılıb, 54 nəfər vətəndaşlıqdan məhrum edilib. Ancaq gəlin araşdıraq, səbəb nədir ki, bu insanlar bu ölkəni qoyub gedib xurafata qoşulub vuruşurlar? Biz bu problemləri deməsək, danışmasaq, olmaz. Bizim vətəndaşlar təkcə Ermənistandan yox, ayrı yerlərdən atılan güllərlərdən də ölür”.

Z.Oruc kredit problemindən də bəhs etdi: “Mən bu boyda sənəddə kredit borclarına görə evini itirənlər haqda bircə cümlə də görmədim. Bizim devalvasiya ilə bağl qərarlarımız 10 minlərlə insanları üz-üzə qoyub. Deməyək bunu? Mərkəzi Bankın fəaliyyəti ilə balı cəmiyyətdə yaranmış problemlər bu hesabatda yerini alsaydı, bu, işin xeyrinə olardı”. MTN işi ətrafında aparılan araşdırmalar zamanı ortaya çıxan dəhşətli faktları xatırladan Z.Oruc daha sonra belə dedi: “Biz 2015-ci ildə də sizin hesabatını burada qəbul etmişik. Bu məsələlər bu salonda deyilmədikcə, daha çox kənarda danışıldıqca dövlətin və vətəndaşın xeyrinə olmayacaq”.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın