Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Xətaidə məşhur masaj salonunun karantin qaydalarını pozduğu aşkarlandı – VİDEO

Xətaidə məşhur masaj salonunun karantin qaydalarını pozduğu aşkarlandı – VİDEO

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejimin qayda və tələblərinin şərtlərinin pozulması ilə müşayiət olunan “Magic Tours – Massage Center” masaj salonu aşkar olunaraq, fəaliyyəti dayandırılıb.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai RPİ əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon ərazisində sahibkarlıq subyektinin icarədarı, işçiləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı S.Sultanlı 6000 manat, digərləri 100 manat cərimə olunublar.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …