Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Yuventus” yeni baş məşqçi axtarışına start verdi

“Yuventus” yeni baş məşqçi axtarışına start verdi

İtaliya “Yuventus”unun rəhbərliyi baş məşqçi Mauritsio Sarrinin istefaya göndərilməsini nəzərdən keçirir və onun yerinə namizəd axtarışları ilə məşğuldur.

“Report”un “Tuttomercatoweb”ə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin taleyi komandanın Çempionlar Liqasındakı çıxışından daha çox asılı olacaq. Turin klubu rəsmilərinin prioritet variantı Zinəddin Zidandır. Lakin Zidan İspaniya “Real Madrid”ini tərk etməyi planlaşdırmır. “Qoca Sinyora”nın qısa siyahısında Maurisio Poçettino və Simone İnzagi də yer alıb.

Qeyd edək ki, Mauritsio Sarri “Yuventus”a 2019-cu ilin yayında baş məşqçi təyin olunub. O, komanda ilə A Seriyasının qalibi olub. Sarrinin hazırkı müqaviləsi 2022-ci ilin iyununadəkdir. Daha əvvəl “İnter”in baş məşqçisi Antonio Konte “Yuventus”a qayıdacağına dair şayiələri təkzib edib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …