Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Tillerson-Lavrov görüşü başa çatdı – İlk açıqlama

Tillerson-Lavrov görüşü başa çatdı – İlk açıqlama

ABŞ-ın dövlət katibi Reks Tillersonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Vaşinqtonda görüşü başa çatıb.
Bu barədə RİA “Novosti” məlumat yayıb.
“Moskvada Rusiya ilə ABŞ arasında başlayan danışıqlar Vaşinqtonda davam edir”,- Reks Tillerson bildirib.
Diplomatlar Suriya, Ukrayna və Koreya yarımadasındakı vəziyyəti müzakirə ediblər.
Bu görüşdən sonra ABŞ Prezidenti Donald Trampla görüşmək üçün rusiyalı nazir Ağ evə gedib.
Qeyd edək ki, R.Tillersonla S.Lavrov arasındakı əvvəlki görüş bu ilin aprelində Moskvada keçirilib.
Report

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın