Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Sosial / Süleyman Dəmirəlin Heydər Əliyevə sui-qəsd xəbərdarlığı

Süleyman Dəmirəlin Heydər Əliyevə sui-qəsd xəbərdarlığı

1995-ci il mart ayının 12-də Kopenhagendə BMT-nin Dünya Sosial İnkişaf Zirvəsində iştirak edən Türkiyənin 9-cu prezidenti, mərhum Süleyman Dəmirələ Ankaradan Azərbaycanla bağlı “Tam məxfi” adlı şifrəli sənəd verilib.

Modern.az saytının Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, həmin sənəddə Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevə sui-qəsd planları barədə məlumatlar əks olunubmuş.

Sənəddə Azərbaycan prezidenti Heydər Əliyevə qarşı harada və necə sui-qəsd hazırlandığı və ondan sonra hansı planların həyata keçiriləcəyi haqqında detallı məlumatları oxuyan Süleyman Dəmirəl dəhşətə gəlib.

Qeyd edilib ki, Süleyman Dəmirəl BMT-nin sözügedən tədbirində iştirak edən Heydər Əliyevlə eyni oteldə olduğundan ona zəng vuraraq, otağına dəvət edir.

Görüş zamanı o, Heydər Əliyevə böyük təxribat planı haqqında belə məlumat verir: “Heydər bəy, ölkənizdə böyük bir çevriliş etmək təşəbbüsləri var. Bu isə Sizə qarşı həyata keçiriləcək bir sui-qəsdlə başlayacaq. Ölkənizə nə zaman qayıdacaqsınız?”.

Heydər Əliyev isə cavabında bildirir: “Süleyman bəy, toplantı bitdikdən sonra, yəni axşamüstü geri qayıdacağam”.

Süleyman Dəmirəl bir daha xəbərdarlıq edir: “Heydər bəy, heç vaxt itirmədən ölkənizə qayıdın. Çünki çevriliş etmək istəyənlər planlarını Sizin rəsmi proqramınız əsasında hazırlayıblar. Hava limanından şəhərə gedəcəyiniz yol üzərindəki körpülərdən birinə saatlı bomba yerləşdiriblər. O bompa partlamadan qabaq Sizin oradan keçməyiniz lazımdır.

Bu situasiyaya görə dərhal Bakıya qayıtmalısınız. Dəyərli dostum, fürsəti əldən buraxmayın. Sabah Pakistanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında iştirak edəcəyinizi də bilirəm. Lakin hər ehtimalı gözə alaraq, Sizin ölkənizdən ayrılmamanızı tövsiyə edirəm”.

Bundan iki il sonra isə Türkiyəyə etdiyi səfərlərin birində bu ölkənin parlament tribunasında çıxış edən Heydər Əliyev millət vəkillərinə xitab edərək söyləyib: “1995-ci ilin mart ayında mən Kopenhagendə ikən, bir plan qurublar. Ölkəmə qayıdarkən məni öldürüb, hakimiyyəti ələ almaq istəyiblər.

Əziz dostum Süleyman Dəmirəl təhlükə gözlədiyini mənə bildirdi. Məni bu günlərə gətirdiyiniz üçün sağ olun, həyatımı qurtardınız. Ölkəmdə çevriliş cəhdləri ilə bağlı mənə öncədən xəbər verdiniz.

Mən Bakıya vaxtından əvvəl gəldim. Buna görə də onlar planlarını işə sala bilmədilər. Amma o gecə onlar Azərbaycanın bir çox bölgəsində, Gürcüstanla, Ermənistanla sərhəd ərazilərdə nəzarəti ələ keçirdilər. Mən 5-6 gün onları yola gətirmək istədim”.

Həmçinin oxuyun

42 obyektin koronavirusla bağlı qaydalara əməl etmədiyi aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair …

Bir cavab yazın