Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Sarkisyan generallara vəzifə verdi

Sarkisyan generallara vəzifə verdi

Ermənistan Silahlı Qüvvələri 2-ci ordu korpusunun komandiri, general-mayor Poqos Poqosyan Müdafiə Nazirliyi Silahlanma İdarəsinin rəisi təyin olunub.

QafqazinfoVirtualaz.org-a istinadən bildirir ki, prezident Serj Sarkisyan bu barədə müvafiq sərəncam imzalayıb. S.Sarkisyanın başqa bir sərəncamı ilə 3-cü ordu korpusunun komandiri, general-mayor Onik Qasparyan Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub.

Ermənistan prezidenti 4-cü ordu korpusunun komandiri, general-mayor Andranik Markaryanın da yerini dəyişib. Bundan sonra o, Ermənistan-Rusiya Birləşmiş Hərbi Qrupuna komandanlıq edəcək.

 

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın