Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Sarkisyan Ağdərədəki mis mədəninə baş çəkdi – FOTOLAR

Sarkisyan Ağdərədəki mis mədəninə baş çəkdi – FOTOLAR

Şuşanın “azad edilməsi”nin 25-ci ildönümüylə bağlı qeyri-qanuni olaraq işğal altındakı Azərbaycan ərazilərinə səfər etmiş Ermənistan prezidenti Serj Sarkisyan Xankəndindəki qondarma rejimin başçısı Bako Saakyanla birlikdə Ağdərə rayonunun Pircamal kəndi yaxınlığındakı Kaşen dağ-mədən kombinatında olub. Mis və molibdenlə zəngin olan kombinatın işi ilə yaxından maraqlanan işğalçı rəhbərlər Azərbaycan torpaqlarındakı əlvan metal mədənlərinin istismarı ilə bağlı gələcək planları müzakirə ediblər.
Xatırladaq ki, Pircamal kəndi 1990-1992-cü illərdə Azərbaycan oğullarının ən çox savaşdığı, onlarla şəhid verdiyi strateji yaşayış məntəqələrindən biri olub.(Moderator.az)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın