Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Şamaxıda bənd uçdu, kəndi su basdı – VİDEO

Şamaxıda bənd uçdu, kəndi su basdı – VİDEO

Şamaxıda süni gölün bəndi uçub.

Hadisə bu gün günorta saatlarında Rayonun Acidərə kəndi yaxınlığında baş verib.

Acıdərə çayından qidalanan balıq gölünün bəndinin uçması nəticəsində ətraf kəndləri, taxıl sahələrini, meyvə bağlarını və kənd yolunu sel aparıb.

Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sel dağıdıb.

Çraqlı-Acıdərə yolu sel səbəbindən bir müddət hərəkətə bağlanıb.

Göl sahibinin sözlərinə görə, göldə  60-70  tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Göl sahibinin iddiasian görə Bakı – Şamaxı – Yevlax yolunda aparılan işlər zamanı ərzində çıxan torpaq  gölün yuxarı hissəsinə tökülüb, bu da bəndin uçmasına səbəb olub.

Əraziyə nəzər saldıqda həqiqətən torpaq daşınıb, töküldüyünü görmək mümkündür.

Məsələylə bağlı qarşı tərəfin mövqeyini öyrəndik. Ərazidə işləyən,Türkiyəyə məxsus yol tikintisi şirkəti arada 2000 metr məsafə olduğunu bildirərək, bu iddialarla razılaşmadığını bildirdi.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …