Cümə , Aprel 26 2024
Ana səhifə / İdman / “Neftçi” xal itirdi, “Qarabağ” vahid lider oldu

“Neftçi” xal itirdi, “Qarabağ” vahid lider oldu

Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulub.

Turun son oyunu “Neftçi” ilə “Səbail” arasında baş tutub. “Bayıl Arena”da keçirilən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi”nin çemionluq yolunda xal itkisi “Qarabağ”ı turnir cədvəlinin vahid lideri edib. Hazırda Ağdam klubu 54 xalla 1-ci, “Neftçi” isə 52 xalla 2-cidir. 

Premyer Liqada 24-cü turun nəticələri:

“Qarabağ” – “Sabah” – 3:0 

“Zirə” – “Sumqayıt” – 2:0 

“Keşlə” – “Qəbələ” – 1:2 

“Səbail” – “Neftçi” – 2:2 

Azvision.az 

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …