Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Xidməti dekabrın 27-də gözlənilən hava şəraiti ilə bağlı proqnozu açıqlayıb.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.

Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. 

Atmosfer təzyiqi  764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.  

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasaən əlverişlidir. 

Azərbaycanın rayonlarında

Hava şəraiti əsasən yağmursuz, bəzi  yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz  7-12° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 0-5° isti olacaq.

Gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda  yolların buz bağlama ehtimalı var.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …