Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Rusiya-NATO Şurasının iclas tarixi açıqlandı

Rusiya-NATO Şurasının iclas tarixi açıqlandı

Rusiya-NATO Şurasının iclası yanvarın 12-də baş tuta bilər. Bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu tarixi NATO-nun baş katibi, eyni zamanda Şuranın sədri olan Yens Stoltenberq müəyyənləşdirib.

“Biz bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, – mənbə bildirib. Agentlik vurğulayıb ki, həmin gün NATO-ya üzv ölkələrin Baş Qərargah rəislərinin Brüsseldə görüşü planlaşdırılır.

Rusiya keçən həftə ABŞ-la müqavilə və NATO-ya üzv ölkələrlə saziş layihəsini dərc edib. Sənədlərə Avropada qarşılıqlı təhlükəsizlik təminatları, orta və daha qısa mənzilli raketlərin bir-birinin əli çatan yerdə yerləşdirilməməsi və NATO-nun, o cümlədən keçmiş sovet respublikaları hesabına genişlənməsindən imtina edilməsinə dair müddəalar daxildir.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, NATO və ABŞ təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni raunduna səbəb ola bilər. AzVision.az

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …