Şənbə , Oktyabr 19 2019
Ana səhifə / Sosial / Sabahdan təşviqat başlayır: 1 saniyəsi 20 manat…

Sabahdan təşviqat başlayır: 1 saniyəsi 20 manat…

Sabahdan etibarən 2015- ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına start veriləcək.

“Qafqazinfo” xatırladır ki, kampaniya oktyabrın 9-da səhər saat 08:00-da başlayıb, ayın 31-i saat saat 20:00-da başa çatacaq.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası parlament seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrıldığını bəyan edib.

Milli Məclisin seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün İctimai Televiziya və Radioda, “Azərbaycan”, “Xalq”, “Bakinski raboçi” qəzetlərində yer ayrılıb. Xatırladaq ki, yalnız hakim partiyanın 60-dan artıq nümayəndəsi qeydə alınıb, buna görə də YAP ödənişsiz efir imkanından imtina edib.

İctimai Televiziyada isə ödənişli efir vaxtının 1 saniyəsi 20 manat təşkil edir.

Həmçinin oxuyun

Sosial müavinətlər və təqaüdlərə görə ayrılan vəsait 2 dəfə artırılır

Gələn ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 3 244,6 mln. manat …

Bir cavab yazın