Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ruslar bilir ki, Ermənistan hər cür satqınlığa hazırdır – Deputat

Ruslar bilir ki, Ermənistan hər cür satqınlığa hazırdır – Deputat

Bu gün Rusiyaya tətbiq edilən sanksiyalar, təzyiqlər fonunda Ermənistan Rusiyadan uzaqlaşmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib. Onun sözlərinə görə, NATO-nun keçirdiyi hərbi təlimlərə qatılması Ermənistanın hər cür satqınlığa hazır olduğunu təsdiq edir:

“Rusiya-NATO münasibətləri olduqca bərbad vəziyyətdədir və bir çox hallarda hətta, düşmən münasibətlərindən söhbət gedir. NATO Rusiyanı özü üçün ən ciddi təhlükə mənbəyi hesab edir və eyni zamanda Rusiya da NATO-ya eyni mövqedən yanaşır. Belə olan vəziyyətdə özünü Rusiyanın müttəfiqi sayan Ermənistanın NATO ilə əməkdaşlıq etməsi, onun hərbi təlimlərinə qatılması bir məlum həqiqəti növbəti dəfə təsdiqləmiş olur – Ermənistanda bir xunta rejimi oturub və həmin xunta rejimi hər cür satqınlığa hazırdır”.

Deputat vurğulayıb ki, bu hadisə Rusiya ictimaiyyəti və hakimiyyəti üçün də bir həqiqəti növbəti dəfə təsdiqləyir:
“Heç vaxt Ermənistandakı hakimiyyətə etibar etmək olmaz. Ermənistanın satqın mövqeyini Avropada da, Rusiyada da çox gözəl bilirlər”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın