Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Rusiyalı dünya çempionu Qərbə səsləndi: Əlini Azərbaycandan çək!”

Rusiyalı dünya çempionu Qərbə səsləndi: Əlini Azərbaycandan çək!”

Dünya Boks Assosiasiyasının versiyasına görə keçmiş dünya çempionu Nikolay Valuyev bir sıra Qərb dövlətinin “Bakı 2015” I Avropa Oyunlarına qarşı münasibətini tənqid edib.

“Arqumenti i Fakti” qəzetinin yazdığına görə, Avropa Oyunlarını məqsədyönlü əks-təbliğat və siyasi təzyiq obyektinə çevirmək cəhdlərini əsassız adlandıran Valuyev, oyunların açılış mərasimində iştirak etməyən Avropa liderlərinin əsl simalarını göstərdiyini vurğulayıb.

Rusiyalı boksçunun sözlərinə görə, idman siyasətdən kənardır, idmanın siyasiləşdirilməsi və ya siyasi möhtəkirlik obyektinə çevrilməsi isə qəbuledilməzdir: “Niyə Avropa Oyunlarının açılış mərasiminə qatılmadılar? Həm də ona görə ki, Azərbaycan Rusiya ilə “düzgün” əlaqə qurmur. Qərbin qaydalarına görə hərəkət etməyən ölkələrə qarşı siyasi və iqdisadi təzyiq prinsipi tətbiq olunur”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın