Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Rövnəq Abdullayev və Canni İnfantino Parisdə ziyafətdə

Rövnəq Abdullayev və Canni İnfantino Parisdə ziyafətdə

Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ziyafət təşkil edilib.

Virtualaz.org-un məlumatına görə, tədbirdə SOCAR-ın və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev, FİFA-nın prezidenti Canni İnfantino, UEFA-nın və müxtəlif ölkələrin futbol federasiyalarının rəhbərləri, dünya futbol ictimaiyyətinin nümayəndələri, həmçinin Avropa futbolunun keçmiş ulduzları – hollandiyalı Ruud Qullit və italyan Kristian Veri iştirak ediblər.

Məlum olduğu kimi, SOCAR UEFA-ın partnyoru və bu gün bitməkdə olan Avro-2016 oyunlarının adla tanınan sponsorlarından biridir.

Sahəsi üç min kv.m təşkil edən Azərbaycan Mədəniyyət Mərkəzi 2012-ci ildə açılıb. Mərkəzin binası Eyfel qülləsinin yaxınlığında yerləşir və 1904-cü ilə aid tarixi tikilidir.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın