Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Rövnəq Abdullayevə daha bir vəzifə – Komitənin üzvü seçildi

Rövnəq Abdullayevə daha bir vəzifə – Komitənin üzvü seçildi

Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. ”

Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər.

Əvvəlcə Beynəlxalq Cüdo Federasiyasının prezidenti cənab Marius Vizer çıxış edərək son vaxtlar görülən işlərin, keçirilən mühüm tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Sonra dünya cüdo təşkilatının baş katibi Jan Roje son 4 illik hesabatı konqres iştirakçılarının diqqətinə çatdırıb.

Marius Vizer növbəti 4 il müddətinə prezident seçkilərinə yeganə namizəd olduğundan səsvermə açıq keçirilib və o yekdilliklə yenidən Beynəlxalq Cüdo Federasiyasının prezidenti seçilib.

Daha sonra İcraiyyə Komitəsinin növbəti 4 il müddətinə yeni tərkibini müəyyənləşdirmək üçün seçkilər keçirilib. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasın İcraiyyə Komitəsinin üzvü seçilib.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın