Cümə , Oktyabr 23 2020
Ana səhifə / Sosial / Roma Papası prezident ailəsi ilə görüşdü – FOTOLAR

Roma Papası prezident ailəsi ilə görüşdü – FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Bakıda səfərdə olan Roma Papası prezident İlham Əliyevlə görüşüb.
Qaynarinfo.Az xəbər verir ki, Papa daha sonra ölkə başçısının ailə üzvləri ilə də bir araya gəlib və onlara hədiyyələr təqdim edib. O bildirib ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim etdiyi hədiyyələrdən biri rəsm əsəridir. Bu rəsm əsəri dünyada mərhəmət əməllərini nümayiş etdirir.
Azərbaycan prezidenti isə Roma Papasına ölkə sənətkarlarının əl işlərindən ibarət hədiyyələr təqdim edərək deyib: “Azərbaycan xalçalar məkanıdır. Bu, bizim milli sənətimizdir. Bu, bizim xalça hədiyyəmizdir”.
Roma Papası Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Meksikada hazırlanan və əl işi olan Tukan quşlu sini hədiyyə edib. Sini Roma Papası Fransisk tərəfindən yazdırılmış həsretmə lövhəsi ilə bəzədilib.

Həmçinin oxuyun

Suqovuşan və Talışa çəkilən yolların tikintisindən – Fotolar

Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının …

Bir cavab yazın