Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “REAL-ın İrandan pul almasına inanıram” – İQTİSADÇI

“REAL-ın İrandan pul almasına inanıram” – İQTİSADÇI

“REAL hərəkatı adı altında toplaşan bir qrup adamın İranın maliyyəsi altına sığındıqları haqda söz-söhbətlərə inanıram”. Bu sözlər tanınmış iqtisadçı-ekspert Pərviz Heydərova məxsusdur.

– O “qrant” deyilən nəsnə çox şirin şeydir. Xərclənməsi haqda heç bir hesabat və izahat tələb olunmayan pul vəsaiti! Bir var məmurun aldığı rüşvət, bir də var, adını içtimai xadim, fəal, nümayəndə, nə bilim vətəndaş cəmiyyəti üzvü, demokrat və sair qoyan şəxslərin “qrant” deyərək, aldığı rüşvət. Fərq ondadır ki, biri yerli haram puldur, o biri xarici,- deyə, iqtisadçı əlavə edib.

Pərviz Heydərov bildrib ki, qrantla dolanan şəxslər ayda bir dəfə xarici ölkədə səfərdə olmaq üçün qatığın rənginə qara deməyə də hazırdırlar. Bəzi jurnalistlər də onların dediyini həvəslə dərc edir.

“Pula yox, millətə işləmək lazımdır. Bu dövlət hamımızındır. Qrant yeyənlərin sərsəm fikirlərinə aludə olmayın. Mən o adamları dəfələrlə açıq müzakirəyə çağırdım, amma qaçdılar. Niyə?! Çünki bacardıqları ancaq buna çatdı. Mən 1996-cı ildən mətbuatdayam. Biri var, tez-tez manatın məzənnəsindən danışır. 2005-2007-ci ilədək mənim adını çəkmək istəmədiyim bir qəzet üçün yazdığım məqalələri dizayner olaraq, səhifəyə yerləşdirməklə məşğul idi. İndi ekspert olub! Beləsinə İrandan yox, Banqledeşdən də qrant ödəsələr, donquldamağa hazırdır”,- deyə iqtisadçı qeyd edib.(AzVision.az)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın