Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər” – Əliyev

“Razılaşsaq, Qarabağ muxtar respublika ola bilər” – Əliyev

“Rəsmi Bakı Qarabağa muxtar respublika statusu verilməsini istisna etmir”.

Bu barədə prezident İlham Əliyev “Ria Novosti” saytına müsahibəsində danışıb:

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məntiqli güzəşt mümkündür, region muxtar respublika ola bilər. Bunun üçün Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, həyati fəaliyyəti, özünüidarə hüququ, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi təmin edilməli, Dağlıq Qarabağ muxtar vilayəti ətrafındakı ərazilər azad edilməlidir. Bax, biz münaqişənin həllini belə görürük”.

Bununla belə, Əliyevin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü məsələsində güzəşt ola bilməz:

“Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmarıq. Lakin yerli idarəetmə ilə bağlı güzəşt ola bilər. Əgər gələcəkdə razılaşsaq, Qarabağ muxtar respublika ola bilər”

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın