Ana səhifə / Sosial / Ramil Usubovdan yeni təyinatlar

Ramil Usubovdan yeni təyinatlar

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi həyata keçirilib.

“ Azinforum.az ” azvision.az-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Xətai rayon Polis İdarəsinin Narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi Fəxrəddin Hacıyev tutduğu vəzifədən azad edilib.

O, Zərdab rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Nazirin digər əmri ilə Füzuli rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Elşən Qayıbov Beyləqan RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın