Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İki övladın şəhid verən ana Adil Məmmədovdan ŞİKAYƏT ETDİ – Narazılıq VAR

İki övladın şəhid verən ana Adil Məmmədovdan ŞİKAYƏT ETDİ – Narazılıq VAR

Miq.az olaraq bir nüansı nəzərinizə çatdırırıq ki, Adil Məmmədovun digər qanunsuz əməlləri ilə də bağlı redaksiyamıza müxtəlif məzmunlu şikayətlər daxil olub. Lakin Xocalı faciəsini ümumilikdə deyil, öz ailəsində yaşayan, həyat yoldaşını və iki oğlunu şəhid verən Narxanım ananın şikayəti təkcə bir rayonun icra başçısına ünvanlanmır…Onun ünvanı bütün və bütov Azərbaycanadır. “Biz Məmmədovlar ailəsi 8 nəfər ailə üzvlərimizlə birlikdə Qərbi Azərbaycanın Göyçə mahalında yaşayırdıq. 1988-ci ildə məlum hadisələrdən sonra, böyük oğlum 1973-cü il təvəllüdlü Məmmədov Sərvər Məmməd oğlunu elimizdən-obamızdan didərgin düşən zaman şəhid verdim. Bir müddət sonra ailə üzvlərimlə bərabər Xocalı şəhərinə pənah gətirdik. Xocalı şəhərində əli silah tutanlar vətənin keşiyində durdular. 1992-ci il 25-dən 26-na keçən gecə Xocalı soyqırımı günü ailəlikcə ermənilərə əsir düşdük. 7 gün əsirlikdə qaldıqdan sonra, ermənilər 80 nəfər azərbaycanlını düşmən tərəfindən döyüşən və Azərbaycan əsgərləri tərəfindən öldürülən zənci birinin meyiti ilə dəyişdirdilər”. Bu fikirləri Vətəninfo.az-a Xocalı hadisələrinin şahidi, iki oğlunu və həyat yoldaşını itirmiş Məmmədova Narxanım Heydərəli qızı söylədi. Narxanım ananın söylədiklərini dinləmək nə qədər ürəkağrıdan olsa da, bir nüansı qeyd etməyi özümüzə borc bilirik: İki oğlunu və həyat yoldaşını itirmiş bu məğrur Azərbaycan qadını bu gün də vətənin azadlığı uğrunda digər övladlarının şəhid vermək üçün hazır olduğunu bildirir. Bütün bunlara rəğmən, Narxanım ananın faciə dolu film kmi həyatını və yaşadıqlarını bir daha oxucularımıza çatdırırıq: “İki oğlum və həyat yoldaşım şəhid oldu… Oğlanlarımın başlarını gözümün qarşısında kəsdilər. Bir ana üçün bundan ağır işgəncə ola bilməzdi. Digər övladlarım aldıqları güllə yaralarından fiziki sağlamlıqlarını itiriblər. Özüm isə kürək nahiyəmdən güllə yarası almışam. Bu gün Xocalının ağrı-acısını mən və ailəm daşıdığımız qədər kimsə yaşamaz. Bu yaralar hər gün göynədikcə, o günləri yenidən yaşayırıq. Mən hələ övlad acısını demirəm. Allah heç bir anaya belə bir faciəni yaşatmasın. Başımıza gətirilənlərlə bağlı filimlər çəkilib, məqalələr yazılıb, kitablar dərc olunub. Xarici mətbutda onlarla məqalələr işıq üzü görüb. Buna baxmayaraq, hələ də Xocalı da törədilənlərlə bağlı ermənilər layiqli cavabların almayıblar. Ölkə rəhbərimiz İlham Əliyev, onun xanımı Mehriban xanım Əliyeva, eyni zamanda övladları Leyla xanım Əliyeva davamlı olaraq Xocalı faciəsinin, orda yaşanan zülm və əziyyətlərin dünyaya çatdırılmasında xidmətləri misilsizdir. Bu mübarizə ölkə rəhbərliyi tərəfindən ən yüksək səviyyədə həyata keçirilir ki, qoy bütün dünya erməni vəhşiliyindən xəbər tutsun. Biz inanırıq ki, ölkə başçısının səyi nəticəsində haqq-ədalət öz yerini tapacaq”. Bizimlə həmsöhbət olan Narxanım ana danışdıqca giley-güzarı da bitib-tükənənə oxşamırdı. El-obasından didərgin düşən Narxanım ana onu da qeyd etdi ki, hal-hazırda Qobustan rayonunda məskunlaşıblar. Qobustan əhalisindən ağız dolusu danışan şəhid anası insanların haqqını belə izah etdi: “Qobustan camaatı bizə qaçqınlığı-didərginliyi hiss etdirmədilər. İki çörəklərindən birini bizə verdilər, övladlarının ayağından ayaqqabılarını çıxarıb uşaqlarımızın ayağına geyindirdilər. Allah o insanlardan razı olsun. Son beş ilə kimi Qobustan rayon İcra hakimiyyəti kollektiv şəkildə bizləri ziyarət edib. Ölənlərin ruhuna dualar oxuyardılar, ehsanlar verərdilər. Amma son bu beş ildə biz İcra hakimiyyətinin başçısı Adil Məmmədovun qəbuluna belə yazıla bilmirik. Sonuncu dəfə fevral ayının 8-də qəbulunda olmuşam. Qarşılaşdığım problemləri danışdım. Bəzi idarə rəhbərlərinə tapşırıqlar verdi, digər problemlərimizi həll edəcəyini bildirdi. Amma bu günə kimi o problemlərin biri belə həll olunmayıb. Qobustan rayonunda 37 min insan yaşayır. Bircə qaçqın və köçkün mənəm. Adil Məmmədov sadəcə olaraq elə bilir ki, şəhidlər xiyabanına gül qoymaqla, özünü televiziyada reklam etməklə ona tapşırılan vəzifəni icra edir. Amma ölkə başçısı cənab İlham Əliyev dəfələrlə bütün çıxışlarında məmurlara insanların qarşılaşdığı problemləri həll etməyi tapşırır. İcra başçısı Adil Məmmədov isə ölkə prezidentinin dediklərinin əksinə gedərək, nəinki sağlam insanların, hətta bizim kimi yaralı, qəlbi qırılmış, övladlarının başı kəsilmiş ailələri belə nəinki problemlərimizi həll etmək, hətta bizi dinləmək belə istəmir. Bu ədalət deyil oğul, bu insanlıq deyil oğul. Mən sizin vasitənizlə ölkəmin prezidentinə, ölkəmin birinci xanımı Mehriban Əliyevaya səslənirəm- iki övladı, həyat yoldaşı şəhid olan, ailə üzvləri müharibənin ən acı yaralarını daşıyan ananın səsinə səs versinlər. Çün ki, yaşadığımız vəziyyət insan yaşamına məxsus deyil”. Qeyd edək ki, Narxanım ana bu fikirləri səsləndirən zaman gözlərindəki yaş sel olub axırdı. Amma yenə də qürurunu yüksək tutub, müəyyən problemləri yazmamağımızı istədi. “Oğul, biz prezidentimizdən narazı deyilik, onun müdafiəsində dayanaraq sadiq əsgəri kimi yenə də döyüşməyə hazırıq. Amma yerdəki məmurlar bizləri hədsiz dərəcədə əzirlər. Bu dediklərim sadəcə olaraq incikliyin və əzilmələrin səbəbidir”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın