Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Ramazan Abdulatipov: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malikdir”

Ramazan Abdulatipov: “Azərbaycan bizim üçün xüsusi əhəmiyyətə malikdir”

“Azərbaycan Respublikası bizim üçün xüsusi əhəmiyyətə malikdir, çünki münasibətlərimiz əsrlərlə yoxlanılıb. İndi bizim daha yaxşı, sərfəli ikitərəfli əlaqələrimiz var”.

Bunu Dağıstan rəhbəri Ramazan Abdulatipov 10 noyabrda respublika sakinləri ilə keçirdiyi “Açıq hakimiyyət” adlı tele-görüş zamanı deyib.

“Rusiya prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında əməkdaşlığın əhəmiyyəti haqqında danışarkən xatırladır ki, bizə bu istiqamətdə səyləri gücləndirmək lazımdır. Bunun bariz nümunələrindən biri Dərbəndin yenidən qurulmasıdır, harada ki, Azərbaycan ən aktiv şəkildə iştirak etdi. Mənim İran səfərimdən sonra biz “Yaşıl dəhliz” layihəsinin iştirakçısı olduq, hansı ki, malların İran tərəfə və geri hərəkətini təmin edəcək “, – deyə Şimali Qafqaz respublikasının başçısı vurğulayıb. (Virtualaz.org)

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın