Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Qubad İbadoğlu: “Əli Abbasov bu iqtidarın yerində olan azsaylı kadrlarından biri idi”

Qubad İbadoğlu: “Əli Abbasov bu iqtidarın yerində olan azsaylı kadrlarından biri idi”

Azinforum.az ADR-in sədri Qubad İbadoğlunun statusunu təqdim edir:

“Bu gün ABŞ vaxtı ilə Azərbaycan internet informasiya məkanında səhər “gəzinti”si edərkən iki xəbər diqqətimi çəkdi. Onlardan biri – Arif Yunusun şərtlə olsa da azadlıq haqqına qovuşması çox sevindiricidir, məhkəmənin bu qərarını bəyəndim. Davamlı olmasını arzulayıram. İkincisi, Əli Abbasovun rabitə naziri vəzifəsindən çıxarılmasıdır, bu da çox düşündürücü və təəssüfləndiricidir. Dövlət başçısının səlahiyyətində olan bu məsələyə hüquqi qiymət vermək niyyətində deyiləm. Amma onu deyə bilərəm ki, Əli Abbasov bu iqtidarın yerində olan azsaylı kadrlarından biri idi. Mən onun barəsində müsbət fikrimi əvvəllər də bölüşmüşəm. Baxmayaraq ki, bilirəm ki, hazırkı mövqeyimdən yenə də sui-istifadə edənlər tapılacaq, amma indi də həmin fikirdə qalıram. Özüm də bilirəm ki, bu gündən başlayaraq mənim sərgilədiyim mövqenin əksini bölüşənlər üçün mətbuatda geniş imkanlar açılır. Ancaq həmişə düşünmüşəm ki, yaxşıya yaxşı, pisə pis demək lazımdır.”

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın