Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / “Qorxu hissi yaratmaq istəyirlər” – General

“Qorxu hissi yaratmaq istəyirlər” – General

“İnanıram ki, Ali Baş Komandanın döyüş tapşırığını ordumuz 2-3 gün ərzində yerinə yetirə bilər. Yəni erməni ordusu Azərbaycan sərhədlərini bu müddətdə tamamilə tərk edər”.

Qafqazinfo” xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, hazırda Ermənistan rəhbərliyi panikada olan, ordan qaçmağa yollar axtaran erməni əhalisini qismən də olsa sakitləşdirməyə və boş ümidlər verməyə hesablanmış təbliğat hiyləsindən yararlanır: “Ölkə mətbuatında “İsgəndər” raketlərinin alınması ilə bağlı xəbərlər yayaraq Azərbaycanda guya qorxu hissi yaratmaq istəyirlər. Ermənistan o imkanlara malik ölkə deyil ki, Azərbaycanı narahat edə biləcək silah texnologiyası istehsalına nail ola bilsin.

Azərbaycan Silahlı Qüvvələrində mövcud olan müasir raket sistemləri ermənilərin öyünərək adını çəkdiyi həmin raketin heç hərəkətə gəlməsinə imkan verməz. Çünki həmin raket ən azı start nöqtəsinə çıxdıqda Azərbayanın bundan xəbəri olacaq. Əgər müasir silahları var idisə, onda aprel döyüşlərində niyə istifadə etmədilər?”.

General deyib ki, son 20 ildə Azərbaycan bəzi böyük dövlətlərin əldə edə bilmədikləri silahlara sahib olmağı bacarıb: “Azərbaycanın müdafiə sənayesi sektoru daxili imkanları hesabına ciddi nailiyyətlər əldə edir. Bu gün Azərbaycan “Zərbə” pilotsuz uçuş aparatı istehsal edir! İstənilən silahı almağa qadir ölkəyik! Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir! Son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir!.

Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək!”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın