Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Qorbaçov: Rusiyanın idarəçilik sistemi dəyişməlidir

Qorbaçov: Rusiyanın idarəçilik sistemi dəyişməlidir

Putinə sələfi Boris Yeltsindən böhran miras qalsa da, o, ölkədəki situasiyanı stabilləşdirib, rus dövlətini qoruya bildi.

Axar.az xəbər verir ki, bu sözlər SSRİ-nin eks-prezidenti Mixail Qorbaçovun “Taym” jurnalında dərc olunan məqaləsində yer alıb. O, Rusiyanın əsas probleminin iqtisadiyyatdakı durğunluq, həyat səviyyəsinin aşağı düşməsi, kütləvi kasıblıq, korrupsiya, müəyyən şəxslərin qeyri-qanuni varlanması, təhsilin, səhiyyənin və elmin deqradasiyası olduğunu bildirib. Qorbaçovun fikrincə, Rusiyanın problemlərinin həlli yalnız dövlət idarəçilik sisteminin dəyişilməsindən keçir.

“Məncə, Rusiya yalnız demokratiya sayəsində uğur qazana bilər. Rusiya siyasi rəqabətə, real çoxpartiyalı sistemə, ədalətli seçkiyə hazırdır”.

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …

Bir cavab yazın