Şənbə , Aprel 27 2024
Ana səhifə / Sosial / Qazimizə qarşı inanılmaz haqsızlıq – “Cənab Prezident, mən çox ağır durumdayam” – VİDEO

Qazimizə qarşı inanılmaz haqsızlıq – “Cənab Prezident, mən çox ağır durumdayam” – VİDEO

Ucar rayonu Bərgüşad kənd sakini, Vətən müharibəsinin Qazisi, xüsusi təyinatlıda xidmət etmiş Samir Abbaslı yenidən Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Belə ki, qazı ona qarşı haqsızlıq edildiyini, çətin durumda yaşadığını deyir:
“Vətən Müharibəsində döyüşlərdə 2 dəfə yaralanmışam. Çoxsaylı qəlpə yaraları, başımdan travma almışam, ürəyimdə problemlər yaranıb.

Cənab Prezident, mən sizə bir daha müraciət edirəm. Ailə vəziyyətim, yaşayışım çox pisdir. Mən nə ev, nə maşın… heç nə istəmirəm.
Dövlətin mənə 250 manat pensiya kəsməyə gücü yoxdurmu? Buna görə çox xahiş edirəm, tədbir görəsiniz.
Hansı quruma gedirəm məni “yola” verirlər. 4 ay bundan qabaq İcra Hakimiyyətindən zəng gəldi ki, sənə köməklik göstərəcəyik. Amma o-bu heç bir xəbər yoxdur. Nə İcra başçısı, nə də deputat kömək etmir”.

Qeyd edək ki, qazini MAXE vəzifəsindən azad ediblər. Səbəb kimi isə ürəyində anadangəlmə ürək qüsurunun olduğu göstərilib. Hərbi Hospitalda isə bu diaqnozu təsdiqləməyiblər. Belə olduğuna görə isə qazi əmək qabiliyyətini itirdiyinə görə müavinət ala bilmir.

Əli hər yerdən üzülən döyüşçümüz, media vasitəsi ilə ölkə rəhbərliyinə müraciətlər edir. Qazini düşündürən bir neçə suala heç yerdən cavab tapa bilmir:
1. Əgər o, doğrudan da anadangəlmə ürək qüsuru var idisə, onu necə hərbi xidmətə aparıblar və necə döyüşüb?
2. Sağlamdırsa niyə hərbidən uzaqlaşdırılıb?
3. Xəstədirsə, niyə pensiya alımır?

Həmçinin oxuyun

İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər

Azərbaycanda “Aquavita” suları və “Gülüstan” limonadlarının istehsalı və satışı ilə məşğul olan “Tac” MMC-nin (VÖEN …